-
“İçərişəhər” Muzey Mərkəzinin nəzdindəki “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda BMTİP-QEF Kür II Layihəsi
Bu gün “İçərişəhər” DTMQİ-nin tərkibinə daxil olan “İçərişəhər” Muzey Mərkəzinin nəzdindəki “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda BMTİP-QEF Kür II Layihəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Arts Council Azerbaijan təşkilatının birgə əməkdaşlığı sayəsində ərsəyə gələn Su parkının açılış mərasimi keçirildi.
- 23 April 2021
-
Fridon Lobjanidze və İrina Koşaridze "İçərişəhər" Muzey Mərkəzinin qonağı olmuşdur.
22 aprel 2021-ci il tarixində Gürcüstan Milli Muzeyinin Tədqiqat İnstitutunun Foto və sənədlərin konservasiyası üzrə labaratoriya rəhbəri Fridon Lobjanidze və muzeyin fond üzrə baş mühafizi İrina Koşaridze "İçərişəhər" Muzey Mərkəzinin qonağı olmuşdur.
- 22 April 2021
-
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov bu gün dünyasını dəyişib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov bu gün dünyasını dəyişib. COVİD -19-dan uzun müddət müalicə alan K.İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.
- 15 April 2021
-
"İçərişəhər” DTMQI ilə Matera Şəhər Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında Protokol” imzalanıb
Bu gün “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ölkəmizə səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri, senator Vito Petroçelli, Matera şəhərinin meri Domeniko Bennardi və Matera Şəhər Şurasının sədri Antonio Materdomini ilə görüşüb.
- 13 April 2021
-
Xarici Qonaqlar İçəri Şəhərdə
Azərbaycan Respublikası Prezident inin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral...
- 10 April 2021
-
Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib.
Aprelin 9-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib. Qonaqlar "İçərişəhər" Muzey Mərkəzinin terkibində fəaliyyət göstərən Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış olmuşlar. Qonağa bu tarixi məkanlar haqqında geniş məlumat verilib xatirə şəkilləri çəkilib.
- 9 April 2021
-
Tahir Salahovla “Dialoq” – Yeni kitab
Tahir Mir Teymur oğlu Salahov elə bir nəhəng sənətkardır ki, bənzərsiz istedadı ilə yaratdığı hər bir əsərdə aktuallıq anlayışını ram edərək rəssamlıq sənətinə öz dövrünün yeni istiqaməti olan "sərt üslub"u gətirdi. Bu yeniliyin sayəsində neçə-neçə rəssamın praktikasına yeni mövzular və obrazlar daxil oldu. Əlbəttə ki, onun yaradıcılığına dair onlarla elmi işlər yazılmış, saysız-hesabsız kitablar, albomlar, monoqrafiyalar çap edilmişdir.
- 5 April 2021
-
“İçərişəhər” DTMQİ "31 mart – terror və soyqırım” adlı elmi-praktik konfrans keçirilib.
"İçərişəhər" DTMQİ 31 mart 2021-ci il tarixidə “Zoom” proqramı vasitəsilə “31 mart – terror və soyqırım” adlı elmi-praktik konfrans təşkil olundu
- 31 March 2021
-
Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bilal Hayeni İçəri Şəhərdə
Qardaş Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bilal Hayeni 31.03.2021- ciİ il tarixində İçərişəhəri ziyarət edib.
- 31 March 2021
-
Martın 24-də saat 20:00-dan 22:00-dək Qız qalası qırmızı rənglə işıqlandırılıb.
- 25 March 2021
-
Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral İçərişəhərdə
11 Mart 2021-ci il tarixində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral İçərişəhəri ziyarət ediblər. Qonaqlara İçərişəhərdə yerləşən muzeylər və tarixi-memarlıq abidələri haqqında ətraflı məlumat verilib."İçərişəhər"DTMQİ Mətbuat xidmətinin məlumatı
- 11 March 2021
-
"Qarabağın musiqi tarixi – aşıq sənəti" adlı onlayn müsabiqənin təltifetmə mərasimi keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə 9 mart 2021-ci il tarixində "Qarabağın musiqi tarixi – aşıq sənəti" adlı Gənc Aşıqlar onlayn respublika müsabiqəsinin təltifetmə mərasimi və final konserti keçirilib.
- 9 March 2021