Iyunun 17 Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaşın rəhbərlik heyəti nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində İçərişəhəri ziyarət edib.
Qonaqlar Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə tanış olmuş, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilmişdir.
Xüsusən Şirvan şahlarının iqamətgahı ilə maraqlanan ziyarətçilər abidənin hər bir özəlliyinə diqqət yetirmiş, qədim şəhərdən xoş təəssüratla ayrılmışlar.