Futbol üzrə Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-ə kimi Azərbaycan da daxil olmaqla, Danimarka, İngiltərə, Almaniya, Macarıstan, İtaliya, Niderland, Rusiya, Rumıniya, Şotlandiya və İspaniyada keçirilir.  Çempionatın 60 illik yubileyi münasibətilə  təşkil olunan AVRO-2020-nin final mərhələsinin artıq bir qrup oyunu Bakı Olimpiya Stadionunda keçirilib. Həmin matçda İsveçrə ilə qarşılaşan Uels milli komandasının nümayəndələri ötən gün  İçərişəhəri ziyarət ediblər. Qonaqlar İçərişəhərin tarixi-memarlıq incisi Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə yaxından tanış olublar.

Xəbərlər Qalereyası

Xəbərlər