Hər zaman uşaqların qayğısına qalmaqla seçilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yaradıcı və əyləncəli tədbir təşkil etmişdir. Mərkəzin direktoru Cəmilə Rzayevanın da iştirakı ilə baş tutan tədbirdə balaca qəhrəmanların iştirakı ilə olduqca maraqlı ustad dərsi keçirildi. Belə ki mərkəzin əməkdaşları tərəfindən uşaqlara təbii çiçək və yarpaqların gil üzərinə applikasiyası texnikası öyrədildi, balaca qonaqlar açıq hava altındakı bu əyləncəli təcrübədən böyük zövq aldı.
Təqdim etdiyimiz videoçarxda siz həm bu fərqli ustad dərsini izləyə bilər, həm də “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinə məxsus bənzərsiz əl işlərinə baxa bilərsiniz.

Xəbərlər