11 Mart 2021-ci il tarixində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral İçərişəhəri ziyarət ediblər. Qonaqlara İçərişəhərdə yerləşən muzeylər və tarixi-memarlıq abidələri haqqında ətraflı məlumat verilib."İçərişəhər"DTMQİ Mətbuat xidmətinin məlumatı