İçərişəhər barədə

4 noyabr 2016-cı ildə Qoruq İdarəsində Azərbaycan tarix elminin qabaqcıl epiqraf alimi Məşədixanım Nemətin elmi fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Aşağıda sadalanan mövzular konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır:

1)Bakı tarixinin daş səhifələri, yazılı abidələrin dili;

2)Bakı Qız Qalasının kitabəsi haqqında;

3)Məşədixanım Nemət – Azərbaycan epiqrafika elminin neməti;

4)Daşları danışdıran alim;

5)Azərbaycanın ilk epiqrafçı alim qadını;

6)Məşədixanım Nemətovanın epiqrafik fəaliyyətində sufizmin roluna dair;

7)Bərdə tarixinin tədqiqi və Məşədixanım Nemət;

8)Azərbaycanın xanım alimləri: Məşədixanım Nemət və kitabələr aləmi;

9)Quba və Dərbənd bölgələrinin epiqrafik abidələri Məşədixanim Nemətin elmi fəaliyyətində;

10)Naxçıvanın tarixi abidələrinin kitabələri  Məşədixanım Nemətin tədqiqatlarında.

Bu mövzularda məruzələr dinlənildi. Konfrans materialları kitab şəklində çap edildi

Xəbərlər