Məscidlər

İçərişəhərdə 1-ci İlyas Əfəndiyev döngəsi, 3 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binası memarlıq-plan həllinə görə daş binalara aid olunmaqla əllə yonulmuş əhəngdaşından inşa olunub, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunmaqdadır.

Binanın yükdaşıyan konstruksiyalarında çatların yaranması ilə əlaqədar qəzalı vəziyyətə düşməsi ilə bağlı binanın ümumi texniki vəziyyətinin qiymətləndirilməsi, tövsiyyə və təkliflərin işlənilməsi və binanın yükdaşıyan konstruksiyalarının mühəndis müayinəsi həyata keçirilmişdir.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həmin yaşayış binasının müvafiq aidiyyəti dövlət qurumlarının qərar və rəyləri ilə qəzalı vəziyyətdə olmasını müəyyən edilməsini nəzərə alaraq, cari ilin ortalarından həmin ünvanda bərpa-regenerasiya işlərinə başlamışdır.

İdarə sakinlərin rahatlığı və təhlükəsizliyi üçün onları qəzalı binadan müvəqqəti olaraq köçürmüş və müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi üçün dövlət vəsaiti hesabına kirayə haqqlarının ödənilməsinə başlamışdır. Binada bərpa-regenerasiya işləri başa çatdıqdan sonra sakinlər yenidən öz evlərinə qayıdacaqlar.

1880-ci illərə aid olan bu abidənin qorunub saxlanması İçərişəhər ərazisindəki bütün abidələr kimi İdarənin daima diqqət mərkəzindədir.

Xəbərlər