“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  İçərişəhərə gələn xarici qonaqlara, yerli sakinlərə, eləcə də gənc nəslə, tarixdə analoqu çox az olan hadisələrdən birini - XX əsrin  ən qəddar soyqırım hadisəsini təqdim edir.

     Məqsəd 26 fevral 1992- ci ildə  Xocalı şəhərində Azərbaycan xalqının başına gətirilən dəhşətli qətliamın beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması və insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmamasıdır.  

     Bu istiqamətdə aparılan  işlər geniş hazırlıq prosesini əhatə etmişdir. Bunun nəticəsində Qoruq İdarəsi keçiriləcək sərginin yüksək səviyyədə hazırlanması məqsədilə xüsusi işçi qrupu təyin etmişdir. İşçi qrupunun üzvləri bütün məlumatları dəqiq, ətraflı əldə etmək üçün sərgidən bir ay əvvəl Xocalı sakinlərinin  məskunlaşdığı ərazilərə ezam edilmişdir. Qrupun  məqsədi  Goranboy rayonunun Ağca kəndində və  Bakı şəhərində məskunlaşmış Xocalı sakinləri ilə, xüsusən də, şəhid ailələri, döyüşçülər, əlillər və əsirlikdə  olanlarla  görüşmək, onların ürəyində və həyatında dərin iz salmış o gecənin faciəsini dinləyərək dəstək olmaq və onların harayını ictimailəşdirmək idi.

      Nəticə olaraq Xocalı faciəsinin 55 nəfər şahidinin həyat hekayəsi sənədləşdirilmiş, fotoları çəkilmişdir. Video və audio müsahibələr əsasında hazırlanmış “Xocalı - Gözlərdə donan tarix”  adlı  sərgi 23-26 fevral 2017-ci il tarixində İçərişəhərdə açıq səma altında Qoşa qala  meydanında nümayiş olunmuşdur.  

       Sərgidə ilk dəfə olaraq faciə günündən xilas olmuş canlı şahidlərin gözlərində donmuş iztirablar, əzablar fotolarla,  yaşadıqları dəhşət dolu hadisələr isə qısa mətnlərlə ifadə edilmişdir. Sərgidə həmçinin  faciə şahidləri haqqında qısa metrajlı sənədli film də nümayiş olunmuşdur.

      Beləliklə, müasir texnika və  avadanlıqlardan istifadə edərək faciədən xilas olmuş  şahidlərin söhbətləri əsasında faciəni canlandırmaqla  bu dəhşətli soyqırımın ölkənin  sosial mühitində mahiyyətini müəyyənləşdirmək bizim başlıca hədəflərimizdən biri olmuşdur.

Sərgidə, həmçinin, Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş hadisələrlə yanaşı insan hüquqlarının pozulması halları xronoloji olaraq təqdim olunmuşdur.

Xəbərlər