AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R № 558
Bakı şəhəri, 22 dekabr 2018-ci il
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruqmuzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət TarixEtnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılsın.
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə tapşırılsın ki, “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etsin.
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov