Qız qalasının ətrafında çoxsaylı od məbədləri olmuşdur. IV əsrdə Sasani imperiyasının dövlət dini olan atəşpərəstliyin  qədim səcdəgahları burada yerləşirdi.  Ehtimallara görə  burada bir neçə od məbədi vardır. Zamanla dinlər dəyişdikcə, müqəddəs məkan dəyişməmiş yerində isə  daha sonralar müxtəlif  dövrlərdə  islam və  xristian dinlərinə aid abidələr inşa olmuşdur. Tarixi tam öyrənilməmiş abidəni araşdırmaq üçün hazırda burada xilasedici arxeoloji kəşfiyyat işləri davam etdirilir. 

      “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarix-mədəniyyət abidələrini öyrənir, mədəni irsimizi tədqiq və təbliğ edir, onları konservasiya edərək  gələcək nəsillərə ərməğan etməklə yanaşı həmçinin bərabar olaraq  turizm sektorunu da inkişaf etdirir. Qoruq  İdarəsi mühafizə rejiminə riayət etməklə, ərazidə rekreasiya zonasını müəyyən edir, həmçinin təbii landşaftların salınması ilə əlaqədar görülən rekonstruksiya və torpaq-qazıntı işləri zamanı bu ərazidə paralel olaraq  arxeoloji xilasetmə işləri də aparır.

      Qədim Bakının tarixinin araşdırılması məqsədilə təyinatsız qalmış və tarixi tam öyrənilməmiş abidələrin aqibətini araşdırmaq üçün ərazidə xilasedici arxeoloji kəşfiyyat işləri aparılır. Son illər ərzində İçərişəhərdə turizm infrastrukturunda  nəzərəçarpacaq  dərəcədə böyük işlər görülmüşdür. İki əsr bundan öncə qədim Bakı  indi İçərişəhər adlandırdığımız tarixi məkan hal-hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq İdarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələri və tarixi yerlər konservasiya edilərək, yeni görkəmdə məhz turizm məqsədləri üçün istifadə edilir. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi-memarlıq abidələrini qeyd etmək olar.

Xəbərlər