28 yanvar 2016-cı ildə İçərişəhər Qoruq İdarəsində görkəmli tarixçi, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı Sara Balabəy qızı Aşurbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Aşağıda sadalanan mövzularda məruzələr dinlənilmişdir:
1)Orta əsrlərdə Azərbaycan-Hindistan iqtisadi və mədəni əlaqələri Sara Aşurbəylinin tədqiqatlarında;
2)Sara Aşurbəyli haqqında xatirələr və elmə həsr olunmuş həyat;
3)Aşurbəyov qardaşlarının evi;
4)Sara Aşurbəylinin rənglər dünyası;
5)Sara xanım Aşurbəylinin Azərbaycan tarixində yeri;
Məruzələr çap edilərək kitabxanalara təqdim olunmuşdur.