AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
Q Ə R A R № 557 Bakı şəhəri, 22 dekabr 2018-ci il
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 490 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2154; 2018, № 3, maddə 619) aşağıdakı dəyişikliklər edilsin:
- 2-ci hissədə “415” rəqəmləri “430” rəqəmləri ilə əvəz edilsin.
- Həmin Qərarla təsdiq edilmiş “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin strukturu” aşağıdakı redaksiyada verilsin:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin S T R U K T U R U
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).
- “İçərişəhər” Muzey Mərkəzi.
- Mənzil-kommunal və Təmir Xidməti.
- Elmi-istehsalat bərpa emalatxanası.
- Elmi-mədəni Mərkəz.
- Marionet Teatrı.
- Tahir Salahovun ev-muzeyi.
- Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.
- Ənənəvi İncəsənət Mərkəzi.