27 may 2014-cü il tarixində İçəri Şəhərdə Tahir Salahovun ev-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Aşağıda sadalanan mövzular konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır:
1) Azərbaycanın milli-mədəni quruculuğunda cümhuriyyət dönəmi;
2) Şərq dünyasında demokratik prinsiplərə əsaslanan ilk dövlət;
3)Milli-demokratik dövlət quruculuğu prosesində və Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin rolu;
4) Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətlərin imperialist süfrəsində;
5)Cümhuriyyət parlamenti və qaçqınlar məsələsi (1920-ci il, 05-08 yanvar iclaslarının protokolları əsasında);
6)ADR hökumətinin əbədi müstəqilliyinin 23 aylıq başlanğıcı və mədəni quruculuğa dair bəzi məsələlər;
7)AXC–Ermənistan əlaqələri, Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri kimi;
8)AXC dövründə ədəbi fikrin əsas istiqamətləri haqqında;
9)Azərbaycanın müstəqilliyinə yönələn təhlükələr və mandatlıq sistemi;
10)1917-ci il fevral inqilabından sonra Cənubi Qafqazda siyasi vəziyyət və regionda müstəqil dövlətlərin yaradılması prosesi.
Bu mövzular yeni baxış bucağından elmi tədqiqat predmeti kimi iştirakçıların diqqətinə çatdırılmışdır. Elmi araşdırmaların nəticəsi olaraq məqalələr və tezislər kitab şəklində nəşr olunmuşdur.