-
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. 12 noyabr 1995-ci ildə ölkəmizdə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olunub. Artıq 25 ildir ki, Konstitusiyamız milli dövlətimizə, ölkədə dərinləşən islahatlara, xalqın tərəqqisinə xidmət edir.
- 12 November 2020
-
Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri təcavüzkar Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə əməliyyatlarını həyata keçirir.
- 13 October 2020
-
İçəri Şəhər Azərbaycan Ordusunun yanındadır! Qoşa Qala meydanından Şanlı Bayrağımızın möhtəşəm görünüşü!
Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazilərimizi, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub.
- 13 October 2020
-
İLYAS ƏFƏNDİYEV, 3 ÜNVANINDAKI YERLİ ƏHƏMİYYƏTLƏ ABİDƏNİN BƏRPA-REGENERASİYA LAYİHƏSİ
İçərişəhərdə 1-ci İlyas Əfəndiyev döngəsi, 3 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binası memarlıq-plan həllinə görə daş binalara aid olunmaqla əllə yonulmuş əhəngdaşından inşa olunub, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunmaqdadır.
- 13 October 2020
-
“İçərişəhər” DTMQİ XIV əsrə aid qədim “Multani Karvansarası”nda bərpa-konservasiya işlərinə başlayıb.
“İçərişəhər” DTMQİ XIV əsrə aid qədim “Multani Karvansarası”nda bərpa-konservasiya işlərinə başlayıb. İdarə tərəfindən hər il baş plana əsasında tətbiq edilən bərpa və konservasiya işlərinin əsas məqsədi tarixi keçmişin qorunmasına xidmət edir.
- 11 September 2020
-
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Almaniyanın "EKM" GlobalConsulting GmbH şirkəti arasında əməkdaşlıq Memorandumu imzalanmışdır
İçərişəhərin, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümü münasibəti ilə “İçərişəhər” DTMQ İdarəsi tərəfindən görülən silsilə tədbir və layihələr davam etdirilir.
- 11 September 2020
-
“İçərişəhər”DTMQ İdarəsi tərəfindən “Dünya İrsi: Post-pandemiya dövründə konservasiya və inkişaf çağırışları” adlı beynəlxalq onlayn konfrans keçirilib.
İçərişəhərin, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümünə həsr olunan konfransın təşkilində əsas məqsəd xarici tərəfdaşlar və ekspertlərlə dünya irsi hesab olunan tarixi şəhərlərin pandemiya dövründə üzləşdikləri əsas çağırışları, post-pandemiya dövründəki inkişaf, plan və strategiyaları müzakirə etmək idi.
- 3 September 2020
-
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyindən açıqlama
İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyindən açıqlama
- 28 July 2020
-
Pakistan mətbuatında “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub
Pakistan mətbuatında İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə əlaqədar “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub
- 20 July 2020
-
Həsən bəy Zərdabi və İçərişəhər
“İçərişəhər” Azərbaycanın əsas turizm marşrutunda yerləşir. Qədim şəhər turizm baxımından Azərbaycanın ən populyar görməli yerlərindən biridir. O, mədəniyyət və turizmin inteqrasiyasında, yəni bir tam şəklində birləşməsində, vəhdət tapmasında mühüm rol oynayır. Qoruq İdarəsi mədəni turizmin inkişafına, turizm sənayesi ilə mədəniyyət və incəsənət sahəsində maraqlı tərəflərin əməkdaşlığına köməklik göstərir.
- 16 July 2020
-
"İçərişəhər" DTMQİ-nin Aparat rəhbəri Read Qasımovun İçərişəhərdə aparılan bərpa-konservasiya işləri barədə "1news.az"-a müsahibəsi
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımovun İçərişəhərdə aparılan bərpa-konservasiya işləri barədə "1news.az"-a müsahibəsini təqdim edirik:
- 10 July 2020
-
"Moscow-baku.ru" məqalə dərc edib.
"Moscow-baku.ru" saytı İçərişəhərdə həyata keçirilmiş bərpa-konservasiya işləri barədə geniş məqalə dərc edib.
- 9 July 2020