Tərəfdaş şəhər və qurumlar

Roma

 Əməkdaşlıq anlaşması: Roma Bələdiyyəsi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Bəyannamə

MƏLUMAT: Roma- İtaliyanın Lazio bölgəsində, Roma əyalətində yerləşən tarixi paytaxt şəhərdir. Roma İtaliya yarımadasının mərkəzi hissəsində Tirren dənizindən 24 km məsafədə olan Tiber çayı üzərində yerləşir. O Antik Dövrdə  öz ordu və yeritdiyi siyasəti ilə Qərb dünyasının tarixində silinməz izlər buraxan  Antik İmperiya və Respublikanın paytaxtı olmaqla yanaşı, Roman Katolik Kilsəsinin həm fiziki həm də mənəvi sütunu olmuşdur. Roma bugün də siyasi paytaxt, dini mərkəz və keçmişin yaradıcı təxəyyülünün izi olan Əbədi Şəhərdir.

 

====================================================================

 Matera

 Əməkdaşlıq anlaşması: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Matera Bələdiyyəsi arasında Dostluq və Əməkdaşlıq haqqında Protokol

MƏLUMAT: Matera İtaliyanın ən maraqlı, qeyri-adi, ən yaddaqalan turist məkanlarından biridir. Ölkənin cənub regionu olan Basilicatada yerləşən bu şəhər  turistlər tərəfindən az kəşf olunmağına baxmayaraq  “sassi” adlandırılan  mağara tipli yaşayış evləri ilə tanınmaqdadır. Ziyarətçilər bu oyuq evlərdə qala bilər, mağaralarla əhatəli qayalıqlarda gəzə bilər, həm də bu möhtəşəm yerin tarixini öyrənmə fürsəti əldə edə bilərlər.

 

====================================================================

Katara Mədəniyyət Şəhərciyi Fondu

 Əməkdaşlıq  anlaşması: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Katara Mədəniyyət Şəhərciyi Fondu arasında Anlaşma Memorandumu

MƏLUMAT: Katara Mədəniyyət Şəhərciyi Fondu sənət və mədəni mübadilə yolu ilə insanların qarşılıqlı əlaqəsi üçün düşünülmüş bir layihədir - bu layihə Şeyx Həmid bin Xəlifə Al Taninin rəhbərliyi sayəsində ərsəyə gəlmişdir.

Qlobal mədəniyyətlə ayaqlaşan və Qətərin ən böyük və çoxölçülü mədəni layihəsi olan Fond insanları dünyanın müxtəlif mədəniyyətləri ilə tanış edir. Teatrları, konsert salonları, sərgi qalereyaları və qabaqcıl imkanları ilə Katara, multikultural sferada dünya lideri olmağı hədəfləyir.

 

====================================================================

Kazan Kremli” Dövlət Tarix-Memarlıq Bədii Qoruq-Muzeyi

 ƏMƏKDAŞLIQ  ANLAŞMASI: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzi və “Kazan Kremli” Dövlət Tarix-Memarlıq Bədii Qoruq-Muzeyi arasında Əməkdaşlıq və Qarşılıqlı  Anlaşma haqqında Memorandum

MƏLUMAT: Kazan Qoruq-Muzeyi 1994-cü ildə Tatarıstan Respublikasının prezidenti Ş.Şamıyevin fərmanı ilə yaradılmış muzey kompleksdir. Bu kompleks şəhərin ən cəzbedici guşəsidir. Kompleksə Ermitaj- Kazan Mərkəzi, Tatarıstan Milli Tarix Muzeyi, Tatar Respublikasının və Tatar xalqının  Dövlətçilik Tarixi Muzeyi, İslam Mədəniyyəti Muzeyi və s. muzeylər daxildir. Muzey-Qoruğun fond kolleksiyalarında 10.000-dən çox  əşya saxlanılmaqdadır. Eksponatların əhəmiyyət kəsb edən  hissəsi  Kazan muzeylərində təşkil olunan sərgilərdə mütəmadi nümayiş olunur. 

 

====================================================================

Romaldo Del Bianco Fondu

ƏMƏKDAŞLIQ ANLAŞMASI: “İçərişəhər" Dövlət Tarix-Memarliq Qoruğu İdarəsi və Romaldo Del Bianco Fondu arasında Anlaşma Memorandumu 

MƏLUMAT: Romaldo Del Bianco Fondu İtaliyanın Florensiya şəhərində 1988-ci il, 3 noyabr tarixində  Paolo Del Bianco tərəfindən qurulan   və özü tərəfindən maliyyələşən qeyri-kommersiya  təşkilatdır. Mədəniyyətlərarası dialoq və turizmin inkişafını təşviq edən Fond 60 ölkədə 450-dən çox akademik qurumlarla əməkdaşlıq edir. Fondun məqsədi mədəni irsin əhəmiyyəti haqda diqqəti artırmaq və onun həm təbliğini həm də qorunmasını həyata keçirməkdir. Bundan başqa Fond gənc mədəniyyət, incəsənət və elm nümayəndələri arasında mübadilələri dəstəkləməyi,  müxtəlif din, milliyyətlərə məxsus xalqlar və ölkələr arasında sülh, qarşılıqlı anlaşma və dostluğu təşviq etməyi məqsəd qoymuşdur. Fond sərgilər, konsertlər, müsabiqələr təşkil edir, müxtəlif mədəniyyətlərdən olan gənclər arasında görüşlərin keçirilməsini və mobilliyi təmin edir, mədəni irsin qorunması üçün maliyyə dəstəyi göstərir. Hər il təqribən 700 tələbə və müəllim Fondun təlimlərində  və mədəni fəaliyyətlərində iştirak edir.

 

 

Xəbərlər