SUAL: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində hansı muzeylər fəaliyyət göstərirlər və onların ünvanları?
CAVAB:
Qız Qalası
Neftçilər 99
Şirvanşahlar Sarayı Kompleksi
1-ci Qəsr döngəsi, 76
Bakı xanlarının evi kompleksi, Yeraltı hamam
Böyük Qala 44, 46, 48, 50
Sıratağlı Dini - Memarlıq Kompleksi
Asəf Zeynallı 67
Bəylər məscidi
İlyas Əfəndiyev 47
Çin məscidi
1-ci Qəsr döngəsi, 7
Tahir Salahovun ev-muzeyi
İlyas Əfəndiyev 55
Miniatür Kitab Muzeyi
1-ci Qəsr döngəsi 67
Kamil Əliyevin ev-muzeyi
Qüllə 1
Vaqif Mustafazadənin ev-muzeyi
Vaqif Mustafazadənin 43
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiya və Etnoqrafiya Muzeyi
Böyük Qala 47
SUAL: Muzeylərin iş vaxtı
iş günləri: hər gün
iş vaxtı: 09.00-dan 17.30-dək
SUAL: Biletlərin qiyməti
Qız Qalası
yerli vətəndaşlar – 4 AZN
xarici vətəndaşlar – 15 AZN
yerli tələbələr - 2 AZN
məktəblilər - 1 AZN
xarici məktəbli - 6 AZN
Şirvanşahlar Sarayı
yerli vətəndaşlar – 4 AZN
xarici vətəndaşlar – 15 AZN
yerli tələbələr – 2 AZN
məktəblilər – 1 AZN
xarici məktəbli - 6 AZN
Yeraltı Hamam
yerli vətəndaşlar – 4 AZN
xarici vətəndaşlar – 8 AZN
yerli tələbələr – 2 AZN
məktəblilər – 1 AZN
xarici məktəbli - 6 AZN
Qeyd: Əlillər, müharibə veteranları üçün muzeyə giriş ödənişsizdir.
SUAL: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyanı necə əldə etmək olar?
CAVAB: Ekskursiya üçün bileti Böyük Qala 55 ünvaninda yerləşən Turist məlumat mərkəzindən əldə edə bilərsiniz.
SUAL: İçərişəhər ərazisində hansı məscidlər fəaliyyət göstərirlər?
CAVAB: İçərişəhər ərazisində Cümə məscidi və Seyid Yəhya Murtuza məscidi ibadət üçün açıqdırlar. Bundan başqa Şirvanşahlar sarayı ərazisində yerləşən Saray məscidi və Bəylər məscidi muzey kimi fəaliyyət göstərirlər. Milli kimliyindən və dinindən asılı olmayaraq məscidlərə giriş hər kəs üçün sərbəstdir.
SUAL: İçərişəhərin küçələri çox təmizdir, əhali özü İçərişəhərin küçələrini təmiz saxlayır?
CAVAB: “İçərişəhər” DTMQ İdarəsinin strukturunda Mənzil-kommunal və Təmir xidməti qurumu var. Bu qurum İçərişəhərin küçələrin təmizliyi ilə məşğul olur. Bundan başqa yerli əhalidə küçələrin təmizlik qaydalarına riayət edirlər.
SUAL: İçərişəhər ərazisində hansı hamamlar fəaliyyət göstərirlər?
CAVAB: İçərişəhər ərazisində altı hamam yerləşir. Bunlardan Ağа Mikаyıl hаmаmı və Аğа Zеynаl hаmаmı hal hazırda işlək vəziyyətdədirlə. Digər dörd hamam Hacı Bani (Hаcı Qаyıb) hаmаmı, Qasım bəy hamamı, Saray hamamı və Yeraltı hamam dövlət əhəmiyyətli abidə olaraq qorunub saxlanılır.