Dövlətə məxsus olan hüquqi şəxslərdə
apellyasiya şuralarının yaradılması haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 06 may 2019-cu il tarixli 681 nömrəli Fərmana əsasən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə ilə Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması təsdiq edilmişdir.
Qeyd olunan Fərmanın icrasını təmin etmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin 15.05.2019-cu nil tarixli 35 nömrəli Əmrinə əsasən müvafiq Apellyasiya Şurası yardılmış və Şuranın sədri İdarə Heyətinin üzvü Rauf Tağıyev təyin edilmişdir. İdarənin müxtəlif struktur bölmələrində çalışan 6 nəfər məsul şəxs Apellyasiya Şurasının üzvü təyin edilmiş, həmçinin 16.05.2019-cu il tarixli 37 nömrəli Əmrə əsasən Apellyasiya Şurasının Katibliyi yaradılmışdır.
Əlaqə:
Tel: (+994 12) 492-11-75; (114),(121),(129)
Fax: (+994 12) 492-60-51
e-mail: apellyasiya@icherisheher.gov.az