Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilsin:
Abdullayev Fikrət Fail oğlu
Əliyeva Gülnar Ələkbər qızı
Məmmədova Sevil Məmmədxan qızı
Məmmədova Svetlana Lətif qızı
Mirzəyeva Səadət Məmmədəli qızı
Rzayeva Rəna Fərid qızı.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2014-cü il
№ 502