Fərmanlar və sərəncamlar

                                                                        FƏRMANLAR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

  1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
  2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (bundan sonra – İdarə) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.2. İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.1.3. yenidən təşkili və ləğvi məsələləri;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, İdarə Heyətinin digər iki üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2.2. strukturunun və illik maliyyə hesabatlarının təsdiqi;

2.2.3. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

2.2.4. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

2.3. İdarəyə:

2.3.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi.

  1. Müəyyən edilsin ki, İdarənin nizamnamə fondu 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. İdarənin strukturunu, işçilərinin say həddini və aylıq vəzifə maaşlarını bir ay müddətində təsdiq etsin;

4.3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan əmlakın İdarə dövlət qeydiyyatına alındığı gündən İdarənin balansına verilməsini bir ay müddətində həll etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. İdarə dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.
  3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 avqust 2017-ci il

    1573

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

  1. Azərbaycan Respublikası Prezidentinin2005-ci il 28 fevral tarixli 200 nömrəliFərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 75; 2008, № 1, maddə 8) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 20-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“20. Hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasına və İdarəyə məlumat verilməlidir. Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar, Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, İdarənin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilir və görülən işlər İdarənin nəzarəti ilə davam etdirilir. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə, mütəxəssislərin rəyi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, İdarənin icazəsi və nəzarəti ilə davam etdirilə bilər.”.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2015-ci il

    № 691

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazi dairəsinin və fəaliyyət istiqamətlərinin genişləndirilməsi ilə əlaqədar onun işini təmin etmək məqsədi ilə qərara alıram:

  1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 456; 2010, № 2, maddə 81) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “56” rəqəmləri “68” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi”ndə:

1.2.1. 1-ci bənddə “Qoruğu (bundan sonra - Qoruq)” sözləri “və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruqları (bundan sonra - Qoruqlar)” sözləri ilə əvəz edilsin;

1.2.2. 1-ci bənddə, 7.2-7.5-ci, 8.7-ci, 8.9-cu, 8.11-ci, 8.22-ci (hər iki halda), 8.26-cı, 8.27-ci, 9.6-cı, 9.8-9.10-cu, 9.12-ci, 9.13-cü, 14.9-cu, 14.10-cu yarımbəndlərdə “Qoruğun” sözü “Qoruqların” sözü ilə əvəz edilsin;

1.2.3. 7.1-ci, 7.2-ci, 8.1-8.4-cü, 8.6-cı, 8.8-ci, 8.10-cu, 8.12-ci (hər üç halda), 8.13-cü, 8.14-cü, 8.16-cı, 8.17-ci, 8.20-ci, 8.22-ci, 8.23-cü, 9.1-ci, 9.7-ci, 9.17-ci yarımbəndlərdə, 23-cü bənddə “Qoruq” sözü “Qoruqlar” sözü ilə əvəz edilsin;

1.2.4. 8.24-cü, 9.14-cü yarımbəndlərdə “Qoruğa” sözü “Qoruqlara” sözü ilə, 9.2-ci yarımbənddə “Qoruqla” sözü “Qoruqlarla” sözü ilə əvəz edilsin;

1.2.5. 24-cü bənddə “Qoruq” sözü “ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” sözləri ilə əvəz edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”na aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu.”.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 yanvar 2013-cü il

    № 805

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanıilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin strukturu”na əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan dövlətinin artan iqtisadi imkanları ölkə ərazisində yerləşən muzey binalarında əsaslı təmir-bərpa işlərinin aparılmasına, yeni belə tikililərin inşa olunmasına təkan vermiş, muzey işinin təşkilində və maraqlı ekspozisiyaların qurulmasında müsbət dəyişikliklərə səbəb olmuşdur. Azərbaycan muzeylərinin fəaliyyətinin muzey işinin müasir prinsipləri əsasında, dünya standartlarına uyğun yenidən qurulması istiqamətində görülən işlər də nəzərə alınmaqla, Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması və geniş miqyasda təbliği məqsədi ilə muzey işi sahəsində həyata keçirilən tədbirlər böyük ictimai əhəmiyyətə malikdir.

Azərbaycan xalqının qədim və zəngin tarixinin öyrənilməsi, onun gələcək nəsillərə ərməğan edilməsində muzeylər əvəzolunmaz rol oynayır. Onlar xalqın dəyərlərini qorumaqla yanaşı, mənəvi tərbiyə ocağı funksiyalarını da yerinə yetirirlər. Bu mənada 1964-cü ildən fəaliyyət göstərən “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi öz tarixiliyi və memarlıq-estetik görünüşü ilə xüsusi əhəmiyyət kəsb edir. İçərişəhərin simasına əzəmət verən bu muzey kompleksi şanlı tarixi keçmişimizin öyrənilməsi və təbliği, xalqımızın maddi-mədəniyyət dəyərlərinin əcnəbi qonaqlara nümayiş etdirilməsi üçün əhəmiyyətli işlər görməkdədir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələrin təbliği ilə məşğul olan dövlət mədəniyyət təsisatları ilə bağlı vahid dövlət idarəetməsini təmin etmək və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 456) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu”na aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

“2.5. “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi”.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 fevral 2010-cu il

 217

 

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının  işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

  1. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 13; 2001-ci il, №10, maddə 640; 2002-ci il, №8, maddə 487; 2005-ci il, №2, maddə 69) 3-cü bəndinin ikinci abzasında "həyata keçirir" sözləri "və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.
  2. "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 244; 2001-ci il, №10, maddə 640; 2002-ci il, №1, maddə 14; 2005-ci il, №7, maddə 596; 2006-cı il, №9, maddə 743, №11, maddə 943) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. doqquzuncu abzasda "Mətbuat və İnformasiya Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri ilə əvəz edilsin;

2.2. onuncu abzas aşağıdakı redaksiyada verilsin:

"həmin qanunun 17-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin dördüncü hissəsində, 39-cu maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 14-cü maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci cümləsində, 34-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 35-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, üçüncü və altıncı hissələrinin birinci cümlələrində, 36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və üçüncü hissəsinin ikinci cümləsində, 37-ci maddəsinin birinci və dördüncü hissələrində, ikinci hissəsinin birinci cümləsində, 38-ci maddəsinin ikinci hissəsində və 48-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.".

  1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 386; 2002-ci il, №1, maddə 14; 2006-cı il, №9, maddə 743, №11, maddə 943; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 667 nömrəli fərmanı) 2-ci bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

3.1. üçüncü abzasda "Mədəniyyət və Turizm Nazirliyi" sözlərindən sonra ", "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri əlavə edilsin;

3.2. on birinci abzas aşağıdakı redaksiyada verilsin:

"həmin qanunun 1-ci maddəsinin beşinci hissəsində hər iki halda, 12-ci və 13-cü maddələrinin birinci hissələrinin birinci cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini, 4-cü maddəsinin altıncı hissəsində, 5-ci və 12-ci maddələrinin ikinci hissələrində, 13-cü maddəsinin birinci və ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci və ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 19-cu maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci və ikinci hissələrində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində, 23-cü maddəsində, 24-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.".

  1. Azərbaycan Respublikası Prezidentinin2001-ci il 3 noyabr tarixli 596 nömrəlifərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 704; 2003-cü il, №10, maddə 563; 2004-cü il, №12, maddə 1005; 2005-ci il, №2, maddə 69) ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nın 2.4-cü bəndində "tərəfindən" sözündən sonra ", "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və qoruğa daxil olan abidələrin üzərində isə reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən" sözləri əlavə edilsin.
  2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №2, maddə 75) ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

5.1. 5-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır.";

5.2. 16-cı bənddən "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin razılığı," sözləri çıxarılsın;

5.3. 17-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla idarə tərəfindən verilir və idarədə qeydə alınır.";

5.4. 18-ci bənddə "razılığı" sözü "icazəsi" sözü ilə əvəz edilsin;

5.5. 19-cu bənddə "rəyi əsasında" sözlərindən sonra "İdarənin razılığı və nəzarəti ilə" sözləri əlavə edilsin;

5.6. 20-ci bəndin ikinci cümləsində "razılığı" sözündən sonra "idarənin icazəsi və nəzarəti" sözləri əlavə edilsin.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

6.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 yanvar 2008-ci il

              № 704

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

  1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
  2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparatının işçilərinin say həddi 68 ştat vahidi müəyyən edilsin.[1]
  4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan qurumları dövlət büdcəsinin vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərirlər.
  5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

5.1. qüvvədə olan normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti üçün zəruri olan maliyyə və maddi-texniki təchizat məsələləri ilə bağlı müvafiq tədbirləri həyata keçirsin;

5.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 315 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1010; 2006-cı il, № 9, maddə 743) qüvvədən düşmüş hesab edilsin.
  2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 may 2007-ci il

№ 574

 

 

 

 

 

 

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  "İçərişəhər"  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

  1. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
  3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2005-ci il

 № 315

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 22 noyabr tarixli 315 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında

ƏSASNAMƏ

  1. ÜMUMİMÜDDƏALAR
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" 2005-ci il 10 fevral tarixli 629 nömrəli Sərəncamı ilə yaradılmışdır,
  3. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnaməni və bu Əsasnaməni rəhbər tutur.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq Muzeyi və "Qız qalası" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. [1]

  1. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, müvafiq xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  2. İdarənin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
  3. İdarə Bakı şəhərində yerləşir.
  4. İDARƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
  5. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

6.1.   Qoruğun ərazisində yerləşən abidələri elm və mədəniyyətin inkişafı
üçün öyrənir, onlardan məqsədyönlü istifadə olunmasını təşkil edir;

6.2.   Qoruğun ərazisində yerləşən abidələrin həcm-planlaşma quruluşunu
qoruyur,  tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin edir.

III. İDARƏNİN VƏZİFƏLƏRİ

  1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə aşağıdakı vəzifələri yerinə yetirir:

7.1. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və ərazi üçün müəyyən olunmuş rejimin saxlanılmasını təmin etmək;

7.2.    biblioqrafik tədqiqatlar,  tarixi  araşdırmalar və  arxeoloji  qazıntılar aparmaqla abidələri və arxeoloji qazıntıları aşkar etmək və onların öyrənilməsini həyata keçirmək, qoruqda aparılan arxeoloji işlərə nəzarət etmək;

7.3.    abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliğini, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşrini təşkil etmək;

7.4.    Qoruq sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görmək;

7.5.    Qoruğun ərazisindəki abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görmək;

7.6.    abidələrin qorunması, onlardan istifadə qaydaları və qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görmək;

7.7.    Qoruqda aparılan arxeoloji işlərə nəzarət etmək;

7.8.    Qoruğun ərazisində abidələrlə bağlı qanunvericiliyi pozmuş, cinayət və inzibati xəta törətmiş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat vermək;

7.9.    aşkar edilmiş tarix və mədəniyyət abidələrinin siyahıya və dövlət qeydiyyatına alınması, pasportlaşdırılması, abidələrin qorunması üçün tədbirlər görmək;

 

7.10.    tarix və mədəniyyət abidələrinin mühafizəsinin, onların funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün tədbirlər görmək;

7.11.    Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş icazəni qeydə almaq.

  1. İDARƏNİN HÜQUQLARI
  2. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

8.1.   Qoruğun ərazisində qazıntı işlərinin aparılmasını təşkil edən hüquqi və fiziki şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat tələb etmək;

8.2.   Qoruğun ərazisində, mühafizə və abidələrdən istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək;

8.3.   tarix və mədəniyyət abidələrində aparılan inşaat-möhkəmləndirmə, abadlıq, təmir, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;

8.4.   Qoruq sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin görülə bilməsi üçün razılıq vermək;

8.5.   Qoruğun ərazisində yerləşən abidələrin tədqiqinin həyata keçirilməsi üçün razılıq vermək.

  1. İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
  2. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.
  3. İdarənin rəisi İdarəyə həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
  4. İdarənin rəisi:

 

11.1.       İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

11.2.          İdarədə vəzifə səlahiyyətlərinin bölgüsünü müəyyənləşdirir;

11.3.          müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin  ştat cədvəlini və  dövlət büdcəsindən ayrılmış vəsait dairəsində xərclər smetasını təsdiq edir;

11.4.          İdarənin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

11.5.          qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir;

11.6.         tarix və mədəniyyət abidələrinin qorunmasını və onlardan istifadəni təmin etmək sahəsində rejimin yerinə yetirilməsini təşkil edir;

11.7.         tarix və mədəniyyət abidələrinin qorunmasını və onlardan istifadəni təmin etmək sahəsində rejimin ciddi yerinə yetirilməsini təşkil edir;

11.8.         qüvvədə olan qanunvericiliyə müvafiq surətdə və öz səlahiyyəti həddində idarənin əmlakı və vəsaiti barədə sərəncam verir;

11.9.         İdarənin illik və perspektiv iş planlarının tərtib olunmasını, elmi tədqiqat işlərinin yerinə yetirilməsini, qoruq rejiminə əməl edilməsi üçün tədbirlər görülməsini təmin edir;

 

11.10.   arxivlərdə, kitabxanalarda və muzey fondlarında Qoruğun abidələrinə aid saxlanılan materialların aşkara çıxarılmasını və öyrənilməsini təşkil edir;

11.11.   digər elmi təşkilatları və ayrı-ayrı mütəxəssisləri elmi tədqiqat işinə cəlb edir;

 

11.12.   Qoruğun fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təklifləri, həmçinin İdarənin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

11.13.   Qoruq ərazisində aparılan bütün işlər üzrə memarlıq, arxeologiya, tarix və sənətşünaslıq sahələrinin aparıcı mütəxəssislərindən ibarət Elmi Məsləhət Şurası yaradır və onun Əsasnaməsini təsdiq edir.

  1. İdarənin strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

  1. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamətəsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 15 gün müddətində:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.3. Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 fevral 2005-ci il

№ 200

 

Azərbaycan Respublikası Prezidentinin

28 fevral 2005-ci il tarixli 200 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında

 

ƏSASNAMƏ

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

  1. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu (bundan sonra - Qoruq) "Bakı şəhərində "İçərişəhər"in, Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 10 avqust tarixli 280 nömrəli qərarına əsasən təşkil edilmişdir.
  2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş qaydada Qoruq və onun ərazisində olan tarix, memarlıq və mədəniyyət abidələri (bundan sonra - abidələr) əhəmiyyət dərəcələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dünya, ölkə  yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahılarına daxil edilmişdir.
  3. Qoruğa daxil olan Şirvanşahlar sarayı kompleksi və Qız qalası 2000-ci il 2 dekabr tarixində YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.
  4. Qoruğun ərazisi 22,1 ha olmaqla, sərhədləri İçərişəhərin mövcud qala divarı, Neftçilər prospekti (№ 77-105) və Ə. Əliyev küçəsi (№1-9) hüdudlarında müəyyən edilmişdir.
  5. Qoruq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 fevral tarixli 629 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (bundan sonra - İdarə) tərəfindən idarə edilir.

Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır.[1]

 

  1. QORUĞUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

  1. Qoruğun əsas məqsədi onun ərazisində yerləşən abidələrin elm və mədəniyyətin inkişafı üçün öyrənilməsini, onların məqsədyönlü istifadə olunmasını, habelə onların həcm-planlaşma quruluşunun qorunmasını, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin etməkdən ibarətdir.
  2. Qoruq aşağıdakı vəzifələri yerinə yetirir:

7.1. tarix və mədəniyyət abidələrinin qorunması və ərazi üçün müəyyən olunmuş rejimin saxlanılması;

7.2. biblioqrafik tədqiqatlar, tarixi araşdırmalar və arxeoloji qazıntılar aparmaqla abidələrin və arxeoloji qazıntıların aşkar edilməsi və öyrənilməsi;

7.3. tarix və mədəniyyət abidələrində aparılan inşaat - möhkəmləndirmə, abadlıq, təmir, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması;

7.4.  abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliği, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşrinin təşkili;

7.5.  müəyyən olunmuş qaydada tarix və mədəniyyət abidələrinin aşkar edilməsinin, siyahıya və dövlət qeydiyyatına alınması, pasportlaşdırılması, abidələrin qorunmasının təmin edilməsi;

7.6.  tarix və mədəniyyət abidələrinin mühafizəsinin, onların funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün tədbirlərin görülməsi;

7.7.  abidələrdən istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələrinin bağlanması.

 

III. QORUĞUN ƏRAZİSİNDƏ YERLƏŞƏN ABİDƏLƏRDƏN İSTİFADƏ QAYDALARI

 

  1. Qoruğun ərazisində yerləşən abidələrdən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
  2. Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan bütün abidələr dövlət tərəfindən qorunur, onların bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.
  3. "Tarix vəmədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq olaraq Qoruğun ərazisində yerləşən və dövlət və bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır. Dövlət və bələdiyyə mülkiyyətində olan yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri müqavilə əsasında elmi, mədəni, dini xidmət və turizm məqsədləri üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

Qoruğun ərazisində yerləşən abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı vətəsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə  ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına İdarənin və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.

  1. Qoruğun qorunması, onun ərazisində yerləşən abidələrin öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir.
  2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq mülkiyyətində  ya istifadəsində Qoruğun ərazisindəki abidələr olan fiziki və hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Onlar həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericliliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
  3. Qoruğunərazisində bərpa və təmir işləri istisna olmaqla hər hansı tikinti işlərinin aparılması qadağandır.
  4. Qoruq sərhədləri daxilindəabidələr üçün hər hansı təhlükə yarada bilən təmir işləri İdarənin razılığı ilə görülə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir.
  5. Qoruğunərazisindəki abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.
  6. Qoruğunərazisində  abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələrin quraşdırılması İdarənin icazəsi və nəzarəti ilə aparılır.[2]

 

  1. QORUĞUN TƏDQİQİ

 

  1. Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla idarə tərəfindən verilir və idarədə qeydə alınır.[3]

Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat İdarəyə  Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilir.

Qoruqda aparılan arxeoloji işlərə İdarə nəzarət edir. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir.

  1. Qoruğunərazisindəyerləşən abidələrin tədqiqi İdarənin icazəsi ilə həyata keçirilir.[4]
  2. Qoruğunərazisindəyerləşən abidələrin təmirinə, bərpasına, konservasiyasına dair layihələr Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəyi əsasında İda

Xəbərlər