Qala divarları daxilində, Şamaxı qapısının yanında, hərbi qaupvaxtın qarşısında yerləşən bu kilsənin inşasına 1850-ci ilin 18 mart tarixində başlanılmışdır. Gürcü-Bizans stilində tikilmiş kilsənin memarı Belov idi. Kilsəni iki Trabzonlu yunan Semyon Qiter və Xarlampiy Polistov inşa edir. Hündürlüyü 45 metr olan kilsənin inşası 1858-ci ildə bitir. Kilsəyə gürcü ekzarxı arxiyepiskop İsidorun təşəbbüsü və təkidi ilə e.ə. Likiya dövlətinin Mira şəhərində yaşamış arxeyepiskop müqəddəs Nikolaus Mirlikiyskinin (260-243) adı verilmişdi. Ona Avropada “Santa Klaus” Rusiyada isə “Şaxta baba” deyirlər. Türkiyənin Antalya şəhəri yaxınlığındakı qədim Mira adlı qəsəbədə hal-hazırda da arxeyepiskop müqəddəs Nikolausun ev muzeyi və kilsəsi var. 1930-cu illərdə kilsə qismən sökülmüş onun yalnız aşağı hissəsi qalmışdır.

 

Xəbərlər