Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” DTMQ İdarəsinin 12.05.2009-cu il tarixli 1 №-li
sərəncamı ilə təsdiq edilmişdir
Abidədən istifadə və qoruma öhdəliyinə dair mühafizə müqaviləsinə 1№-li əlavə
İSTİFADƏ QAYDALARI
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən abidənin İstifadəçisi abidənin milli, tarixi və estetik dəyərinə hörmətlə yanaşmalı, onun mühafizə rejiminə əməl etməli və abidənin mövcud vəziyyətinin pisləşməsinə yol verməməlidir. Bu məqsədlə İstifadəçi İstifadə Qaydalarına qeyri-şərtsiz riayət etməsini qəbul edir. Abidədən istifadə olunması zamanı aşağıdakılar qadağan olunur:
1. Abidənin ümumi görünüşünü məhdudlaşdırmaq, əsas binanin və yardımçı tikililərin xarici görünüşündə təhriflər etməklə mövcud memarlıq üslubuna yad və yabançı olan bədii-estetik işlər aparmaq, abidədən istifadə məqsədlərinə uyğun olan reklam və elanlara dair tərtibatları, əlavə kitabələri, kartuşları bilavasitə xarici divar səthlərində bu divarları deşərək yerləşdirmək, divarlara naqillər çəkmək və onları divarları oymaqla gizlətmək, о cümlədən, abidənin mövcud funksional təyinatını nümayiş etdirən bədii-ağac, bədii-metal, bədii-keramika və s. tipli nümayiş-reklam kompozisiya elementlərinin fasadlar boyu, girişlər üzərində divarlara bərkitmə işləri aparmaq;
2. Abidəni vahid Qoruq kompleksindən lokallaşdıran və ərazisini izolə edən hasar və çəpərləri çəkmək;
3. Abidənin qarşısındakı yolların və dalan yollarının üzərində sərbəst keçidi məhdudlaşdıran süni maneələri (şlaqbaum tipli qurğuları, zəncirləri, metal dirəkləri və s.) tətbiq etmək;
4. Abidənin daxilində yerləşən kəhriz, hovuz, su quyuları və vahid su sistemlərini dəyişdirmək və ya ləğv etmək;
5. Abidənin fasadı üzərində qərarlaşmış dağıdıcı bitkilərin ləğv edilməsi prosesində fiziki (mexaniki) üsullardan, sonradan daşları qaraldacaq neft mənşəli məhlullardan (dizel yanacağmdan və s.), hörgü-daş teksturalarını aşılayacaq kimyəvi turşulardan və su qatılaraq yumşaldılmamış herbesitlərdən və s. aşılayıcı maddələrdən istifadə etmək;
6. Abidəyə məxsus daxili həyətlərdə, qarşısındakı meydançalarda mövcud orjinal memarlıq-plan həllini dəyişmək, özbaşına istənilən torpaq, dağıntı, qazıntı, inşaat, yenidənqurma, müxtəlif montaj təyinatlı işlər aparmaq və bununla abidənin funksiyasından fərqli məqsədlərə istifadə etmək;
7. Abidənin yer səviyyəsindən aşağı olan hissələrində, zirzəmisində mövcud daşıyıcı divarları uçurmaq, deşərək onlarda keçidlər açmaq, onlara əlavə divarlar tikmək, burada torpaq, qazıntı və inşaat işləri aparmaq, zirzəmilərdə istehsalat sahələri açmaq, istənilən təyinatlı texnika və avadanlıqlar işlətmək, ətrafdakı suları bura yönəltmək;
8. Abidənin xarici və daxili divarlarının tarixən mövcud olmuş səthlərinin tekstura və fakturalarının özbaşına dəyişmək, sement-qum məhlulu, daş, kaşı və digər müasir üzlük materiallarla üzləmək, ornamentli səthlərinin əhəng, emulsiya və digər məhlullarla bağlamaq (rəngləmək), yalın divar səthlərinə müxtəlif şəffaf kimyəvi örtüklər (lak, əlif və s.) çəkmək;
9. Abidənin xarici divarlarına, divarlardakı taxçalara və hücrələrə, bunları deşərək hava kondisionerlərini, parabolik antennaları və digər müasir qurğuları yerləşdirmək, bərkitmək və ya montaj etmək;
10. Abidədə nəzərdə tutulmamış pilləkən, sürahilər və digər qurğular, metal və ya ağacdan olan yeni konstruksiyaları özbaşına quraşdırmaq və divarlara təmas etdirilərək montaj etmək, yeni eyvanlar qurmaq və bu kimi işlərin görülməsi üçün zəruri sayılan və divarlara, döşəməyə tətbiq edilən iri ölçülü deşilmələrlə nəticələnən ankerləmə və betonlama işlərini aparmaq;
11. Abidəni, hər hansı əlavə, artırma yaxud hər hansı hissəsini söküb ləğv etməklə dəyişikliklərə uğratmaq, bu məqsədlərlə abidəyə məxsus ərazi və sahələri zəbt etmək, Qoruğa aid sahələri, о cümlədən, mövcud küçə və səkilərə məxsus sahələri, meydançaların sahələrini öz istifadəsində olan abidəyə qatmaq və onlardan istifadə etmək;
12. Qoruq ərazisində keçirilən bayram mərasimləri və digər ictimai-kütləvi tədbirlər zamanı bilavasitə abidənin daş örtüklərinə, divarlarına yaxın təması olan tonqallar qalamaq; 13. Abidənin dam, gümbəzaltı və baraban pəncərələrinin, konstruktiv fənərlərin və digər işıq mənbələrini ləğv və ya korrektə etmək;
14. Abidə döşəməsinin əsgi inşaat materiallarının teksturasını və fakturasını (daş və ya kərpic növləri) dəyişmək, döşəməyə süni bədii tərtibatlar vermək, о cümlədən, döşəməyə süni kaşı üzlüklər (metlax, kafel və tamet növləri) çəkmək, interyerdə tarixən nəzərdə tutulmamış müxtəlif ölçülü hidroqurğular - fantanlar, abidənin divarına təmas etdirilən dağ formalı müxtəlif ölçülü silsilə su kaskadları qurmaq;
15. Abidənin daxilində kustar sənətkarlıq emalatxanalarının fəaliyyətinə rəsmi icazə verilmişdirsə, bu fəaliyyət üçün istifadə olunan yüksək təsir və ya zərbə təcilinə malik dəzgah, cihaz və avadanlıqlardan istifadə etmək;
16. Abidədə təsis edilmiş ticarət, muzey, sərgi və s. fəaliyyət növləri üzrə müxtəlif xalça, şəkil, bədii-tətbiqi sənət və s. nümunələrinin satış sərgilərinin təşkili və onların divarlardan lazımınca asılması üçün daxili divarları deşmək;
17. Abidənin interyerində müxtəlif daş pilləkənləri, səkiləri, sənduqələri, divarlardakı daş rəf və taxçaları ləğv etmək.