“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə foto müsabiqəyə start verilir.

Mövzunun adı:

  • “Içərişəhərin həyatı”

Qaydalar:

  • İştirakçılar fotoqraf və mobilqraf olmaqla 2 kateqoriya üzrə seçilir
  • Yarış 19 avqust 2023-cü il tarixindən başlanır
  • Fotoşəkillər JPEG formatında, ölçüləri 300 DPİ, 1920x1080 piksel, faylın həcmi 1Mb-dan az 5Mb-dan artıq olmamalıdır
  • Şəkillər foto redaktorlarda dəyişdirilə bilməz (kontrast, kadrlaşdırlaşdırma və rənglərin tündləşdirilməsindən başqa)
  • Fotolar foto müsabiqə müddətində müəllifin özü tərəfindən çəkilmiş olmalıdır
  • Foto adlandırılmalıdır
  • Fotoda heç bir işarə-loqo, yazı və ya rəqəm olmamalıdır
  • Mövzuya uyğun olaraq 2 əd. fotoşəkil 10 sentyabr 2023-cü il saat 18:00 qədər qeydiyytat anketi (anketi yüklə) ilə birgə fotomusabiqe@icherisheher.gov.az ünvanına göndərilməlidir
  • Qeydiyyatdan keçən iştirakçılar qeydiyyat təsdiqi haqda elektron məktubla məlumatlandırılacaqlar
  • Qaydalardan kənar fotolar yarışdan kənarlaşdırılacaqdır.

 

Qeyd: hər hansı sual yarandığı halda bizim sosial media kanallarından ünvanlaya bilərsiniz.

Xəbərlər Qalereyası

Xəbərlər