“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Karyera

Daxili audit və nəzarət şöbəsinin müdiri

Daxili audit və nəzarət şöbəsinin müdiri

Struktur bölmə: Hüquq və daxili nəzarət departamentinin Daxili audit və nəzarət şöbəsi

Qurum: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam iş günü, beşgünlük iş həftəsi

Vəzifə öhdəlikləri

- İdarənin fəaliyyət istiqamətləri və mövcud risklər nəzərə alınmaqla daxili audit strategiyasının və illik audit planının hazırlanmasını, habelə təsdiq olunmuş planın icrasını təşkil etmək;

- İdarənin struktur bölmələrinin maliyyə-təsərrüfat, əməliyyat, hüquqi və inzibati fəaliyyətinin qanunvericiliyə, daxili sənədlərə və müəyyən edilmiş prosedurlara uyğunluğunu qiymətləndirmək;

- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlığını və səmərəliliyini qiymətləndirmək, mövcud və potensial riskləri müəyyənləşdirərək onların azaldılması istiqamətində tövsiyələr hazırlamaq;

- İdarənin sərəncamında olan vəsaitlərdən və balansında olan əmlakdan istifadənin qanunauyğunluğunu, məqsədəuyğunluğunu və səmərəliliyini daxili audit çərçivəsində qiymətləndirmək;

- Satınalmalar, müqavilə münasibətləri, əmlakın idarə edilməsi, gəlirlərin və xərclərin uçotu və digər fəaliyyət istiqamətləri üzrə audit yoxlamalarını təşkil etmək və həyata keçirmək;

- Audit yoxlamalarının nəticələrini ümumiləşdirmək, aşkar edilmiş nöqsanlar, uyğunsuzluqlar və risklər barədə hesabatlar, analitik rəylər və tövsiyələr hazırlamaq;

- Audit nəticəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə məsul struktur bölmələr tərəfindən tədbirlər planının hazırlanmasına dair təkliflər vermək və həmin tədbirlərin icrasına nəzarət etmək;

- Daxili nəzarət mexanizmlərinin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflər və prosedurlar hazırlamaq, onları tətbiq etmək;

- Daxili audit fəaliyyətinin metodologiyasını və prosedurlarını müəyyən etmək, onların müvafiq peşə standartlarına uyğunluğunu təmin etmək;

- Daxili audit və nəzarət şöbəsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü həyata keçirmək, onların fəaliyyətini qiymətləndirmək və peşəkar inkişaflarına dəstək olmaq;

- Daxili auditin obyektivliyini və funksional müstəqilliyini təmin etmək, bu prinsiplərə mümkün müdaxilə halları barədə birbaşa məlumat vermək;

- Daxili audit fəaliyyətinin nəticələri barədə dövri və illik hesabatlar hazırlamaq və onları İdarədə müəyyən edilmiş hesabatlılıq qaydasına uyğun olaraq aidiyyəti üzrə təqdim etmək.

Namizədə dair tələblər

Təhsil: İqtisadiyyat və ya hüquq ixtisasları üzrə ali təhsil. Magistr dərəcəsinin olması üstünlükdür.

İş təcrübəsi: Daxili və ya xarici audit sahəsində minimum 5 il, idarəetmə və ya rəhbər vəzifələrdə minimum 2 il iş təcrübəsi.

Peşəkar sertifikatlar: CIA (Certified Internal Auditor), ACCA (xüsusilə F8/AA modulu) və ya müvafiq peşəkar sertifikatların olması üstünlükdür.

Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının əmək, mülki, vergi, mühasibat uçotu, dövlət satınalmaları və daxili audit sahələrində qanunvericiliyini bilmək.

Peşəkar biliklər: Daxili auditin beynəlxalq standartları, risklərin idarə edilməsi, daxili nəzarət sistemləri, audit metodologiyası və hesabatlılıq üzrə biliklərə malik olmaq.

Dil bilikləri: Azərbaycan dili – mükəmməl (sərbəst yazılı və şifahi nitq), rus və ingilis dilləri – yaxşı səviyyədə.

Kompüter bilikləri: MS Office (xüsusilə MS Excel), ERP və ya audit idarəetmə proqramlarında işləmək bacarığı.

Şəxsi və peşəkar keyfiyyətlər: Analitik düşünmə, obyektiv qərarvermə, yüksək təşkilatçılıq, komanda idarəetməsi, dürüstlük, məxfiliyin qorunması və peşəkar etik prinsiplərə riayət etmək bacarığı.

Müraciət qaydası

Namizədlər CV-lərini karyera@icherisheher.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Daxili audit və nəzarət şöbəsinin müdiri” qeyd olunması xahiş olunur.