Xəbərlər
Qasım bəy hamamı
“Zamanın sınaq yolu” adlı anım tədbiri
19.01.2026
20 Yanvar — müstəqilliyimizin və xalqımızın hüzn və qürur günü münasibətilə “Zamanın sınaq yolu” adlı anım tədbiri keçirildi.
Tədbirdə 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq iradəsini möhkəmləndirdiyi və müstəqilliyimizin əsasının qoyulmasında daşıdığı mənəvi dəyəri vurğulandı.
Anım tədbiri çərçivəsində “Sirdaş” sənədli filmi və tələbələrin bədii-musiqili kompozisiyası nümayiş etdirildi.
Şəhidlərimizin qanı bahasına keçdiyimiz bu yolu ehtiramla anır, onların ruhu qarşısında baş əyirik!
