Xəbərlər
Bəylər məscidi və Qız Qalası
#WUF13-də İçərişəhərin rəqəmsal gələcəyi təqdim olundu
22.05.2026
#WUF13-də İçərişəhərin rəqəmsal gələcəyi təqdim olundu
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud “Tarixi şəhərlərdə rəqəmsal transformasiya — ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusunda keçirilən paneldə çıxış edib.
Çıxışı zamanı İçərişəhərdə həyata keçirilən rəqəmsal transformasiya prosesindən danışan Rüfət Mahmud bildirib ki, tarixi ərazinin kadastr sistemi aparılır, idarəetmədə məlumat əsaslı yanaşmalar tətbiq edilir və ziyarətçi təcrübəsinin müasir texnologiyalar vasitəsilə inkişafı istiqamətində mühüm addımlar atılır.
