Xəbərlər
Şirvanşahlar Sarayı Kompleksi
Vətəndaş qəbulu
28.01.2026
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 28-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhər sakinlərini qəbul edib.
Görüş zamanı vətəndaşlar əsasən mülkiyyət hüquqları, təmir-bərpa işləri və digər aktual məsələlərlə bağlı müraciətlərini irəli sürüblər. Qaldırılan məsələlər aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə müzakirə edilib, bir sıra müraciətlər dərhal həllini tapıb, əlavə baxış tələb edən məsələlər isə icra üçün müvafiq qaydada qeydiyyata alınıb və nəzarət mexanizminə daxil edilib.
