Xəbərlər
Qız Qalası
Uşaqlar üçün tibbi müayinə
01.06.2026
“#NağıllarAləmiİçərişəhər” Хэштег#festival’ı çərçivəsində “#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, #TƏBİB, Respublika Pediatriya Mərkəzi və #YeniKlinikanın birgə əməkdaşlığı ilə “Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirildi.
Peşəkar həkimlər tərəfindən 50-yə yaxın uşaq tamamilə ödənişsiz, rahat və əyləncəli şəkildə pediatrik, oftalmoloji və LOR müayinələrindən keçdi.
Müayinələrin ardından uşaqlar üçün interaktiv oyunlar və yaradıcı məşğələlər təşkil olundu.
