Xəbərlər
Bəylər məscidi və Qız Qalası
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elman Abdullayev İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsini ziyarət edib.
08.10.2026
İdarə Heyətinin sədri Rüfət Mahmudla görüşdə İçərişəhərin dünya əhəmiyyətli tarixi-mədəni irsinin qorunması, müasir yanaşmalarla yaşadılması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunub.
UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə təbliği və bu istiqamətdə həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
