Xəbərlər
Şirvanşahlar Sarayı Kompleksi
“Sirlərin Aynası” — Anna İbrahimbəyovanın doğum gününə həsr olunmuş sərgi
23.02.2026
Bakı Fotoqrafiya Evində Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru, fotoqraf və sənət xadimi Anna İbrahimbəyovanın doğum gününə ithaf olunmuş “Sirlərin Aynası” adlı sərgi baş tutub.
İki gün davam edən sərgidə Anna xanımın estetik dünyasını əks etdirən foto-rəsm əsərləri sənətsevərlərə təqdim olunub, müəllifin yaratmış olduğu gizli dünyası sərgi ziyarətçilərinə xüsusi hisslər bəxş edib.
Anna xanımı bir daha təbrik edir, ona tükənməz yaradıcılıq enerjisi arzulayırıq.
