“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

Mavriki Respublikasının Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib

19.05.2026

Mavriki Respublikasının Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (#WUF13) çərçivəsində Mavriki Respublikasının Prezidenti cənab Daramber Qoxul İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub.

Ziyarət çərçivəsində nümayəndə heyətinə İçərişəhərin #UNESCO Dünya İrs siyahısındakı yeri, tarixi-mədəni irsin qorunması və yaşadılması istiqamətində görülən işlər, eləcə də yerli icma və sənətkarlarla əməkdaşlıq barədə ətraflı məlumat təqdim olunub.