Xəbərlər
Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç İçərişəhərdə
19.05.2026
Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç #BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (#WUF13) çərçivəsində İçərişəhəri ziyarət edib.
Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər heyəti qarşılayıb. Ziyarət zamanı rəsmilər üçün Qız Qalası, Sıratağlı dini-memarlıq kopleksi, Buxara karvansarası və digər tarixi məkanlara tur təşkil olunub.
Tur zamanı İçərişəhərin əsrlər boyu formalaşmış şəhər mühiti, tarixi memarlıq nümunələrinin qorunması istiqamətində görülən işlər və ərazidə həyata keçirilən yenilənmə layihələri barədə məlumat təqdim edilib. Qeyd olunub ki, İçərişəhər bu gün yalnız tarixi məkan deyil, eyni zamanda ənənə ilə müasir şəhər həyatının ahəng içində birləşdiyi canlı urban mərkəz kimi fəaliyyət göstərir.
