Xəbərlər
İçərişəhərdə Fələstin nümayəndə heyəti ilə rəsmi görüş keçirilib
18.05.2026
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmud və Fələstin Administrasiyasının Yerli İdarəetmə Naziri Sami Hijjawi, Fələstin Administrasiyasının Bələdiyyələrin İnkişafı və Kreditləşməsi Fondunun Baş direktoru Mohammad Ramahi və digər rəsmilər arasında görüş keçirilib.
Görüşdə İçərişəhərin dayanıqlı şəhər inkişafı yanaşmaları və #WUF13 çərçivəsində müzakirə olunan gələcəyə yönəlik şəhər idarəçiliyi təcrübələri barədə müzakirələr aparılıb. Eyni zamanda, #İçərişəhər’də tətbiq olunan rəqəmsal həllər, mobil tətbiq, smart xidmətlər və ziyarətçi təcrübəsinin innovativ texnologiyalar vasitəsilə təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr də görüşün əsas müzakirə mövzularından olub.
Sonda qonaqlar #Numizmatikamuzeyi və digər tarixi məkanlar ilə yaxından tanış olublar.
