Xəbərlər
Bəylər məscidi və Qız Qalası
Rəsm sərgisinin açılışı
24.04.2026
Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Tahir Şıxəliyevin 70-dən çox rəngkarlıq və qrafika əsərlərindən ibarət fərdi sərgisi sənətsevərləri bir araya gətirdi.
Sərginin açılışında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış edərək rəssamın müasir Azərbaycan təsviri sənətində özünəməxsus üslubunu və dərin bədii baxışını vurğuladı.
Azərbaycan Rəssamlar İttifaqı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Rəsm Qalereyası və HüsnArt Təsviri Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə açılan sərgi 28 aprel tarixinədək davam edəcək.
