Xəbərlər
Şirvanşahlar Sarayı Kompleksi
“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” festivalı
31.05.2026
Qarabağın hər rayonu, hər səsi, hər rəngi İçərişəhər’də bir araya gəldi.
“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” festivalı ziyarətçilərə Qarabağ’ın zəngin mədəni irsini yaxından tanımaq imkanı yaratdı. Festival boyunca rayonların özünəməxsus musiqisi, sənətkarlıq ənənələri, habelə milli dəyərlərini özündə əks etdirən sərgilər, ustad dərsləri, interaktiv təqdimatlar və canlı çıxışlar nümayiş olundu.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
