Xəbərlər
Arxeoloji park
Nağıllar Aləmi İçərişəhər festivalı
01.06.2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “#NağıllarAləmiİçərişəhər” festivalı möhtəşəm və rəngarəng bir layihə ilə start götürdü!
Açılışda “#İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi və #BakıAvropaLiseyi’nin təşəbbüsü ilə fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin “Gələcəyin memarları” layihəsi çərçivəsində “Mehriban şəhər” adlı unikal şlyapalar #parad’ı keçirildi.
Paradda ibtidai sinif şagirdləri öz yaradıcı və innovativ şlyapaları ilə gələcəyin şəhərlərinə dair fərqli baxışlarını nümayiş etdirdilər.
Qədim tarixlə uşaq təxəyyülünün birləşdiyi bu fərqli aksiya festivalın ən yaddaqalan anlarından birinə çevrildi!
