“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

Keniya Respublikasının birinci xanımı Reyçel Ruto İçərişəhəri ziyarət edib

18.05.2026

Keniya Respublikasının birinci xanımı Reyçel Ruto İçərişəhəri ziyarət edib

Keniya Respublikasının birinci xanımı Reyçel Ruto BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (#WUF13) çərçivəsində Azərbaycana səfəri zamanı İçərişəhər ilə tanış olub.

Qonaqları “#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər heyəti qarşılayıb. Ziyarət zamanı qonağa İçərişəhərdə tarixi irsin qorunması ilə müasir şəhərsalma yanaşmalarının uzlaşdırılması, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və #WUF13 çərçivəsində müzakirə olunan gələcəyə yönəlik şəhər idarəçiliyi təcrübələri barədə məlumat verilib.

Xanım Reyçel Ruto #QızQalası, Bakı Xanlar Bağı, Sıratağlı dini-memarlıq kompleksi, Buxara karvansarası və ŞirvanşahlarSarayKompleksi ilə yaxından tanış olub.