Xəbərlər
Arxeoloji park
İçərişəhərin rəqəmsal inkişafında yeni əməkdaşlıq mərhələsi
12.06.2026
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azerconnect Group arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azerconnect Group-un baş direktoru Emil Məsimov imzalayıb.
Tərəfdaşlıq çərçivəsində Azerconnect Group təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllər vasitəsilə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək.
