Xəbərlər
Qız Qalası
İçərişəhərin memarlıq irsi beynəlxalq seminar çərçivəsində müzakirə olunub
15.05.2026
Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası, #BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC) çərçivəsində Bakı Fotoqrafiya Evində “Orta əsr şəhər memarlığı və İçərişəhər” adlı elmi-praktiki seminar keçirildi.
Seminar orta əsr Azərbaycan şəhərsalma ənənələrinin, xüsusilə Şirvanşahlar dövrünün memarlıq irsinin elmi baxımdan araşdırılması, qorunması və müasir təqdimat imkanlarının müzakirəsinə həsr olundu.
Tədbirin sonunda İçərişəhər Muzey Mərkəzinin fondunun qrafika və foto bölmələrindən 20 ədəd inşaat işlərini əks etdirən miniatür və animasiyalardan ibarət “Azərbaycanın memarlıq abidələri” adlı sərgi iştirakçılara nümayiş etdirildi.
