Xəbərlər
“İçərişəhərin balaca rəssamları” adlı sərgi keçirilib
30.12.2025
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “KPMG Azerbaijan”ın dəstəyi və “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə İçərişəhərin balaca sakinləri üçün rəsm dərnəyinin yekununa həsr olunmuş “İçərişəhərin balaca rəssamları” adlı sərgi keçirilib. 🎨 Art Studio_bya yaradıcısı və rəhbəri Aygün Şükürova tərəfindən keçirilən və 4 ay müddətində davam edən proqram çərçivəsində uşaqlar peşəkar müəllimin rəhbərliyi altında təsviri sənətin əsaslarını öyrənərək yaradıcılıq qabiliyyətlərini inkişaf etdirərək fərdi baxışlarını rənglər vasitəsilə ifadə etdməyi öyrəndilər. Bakı Fotoqrafiya Evində uşaqların ustad dərsləri zamanı əldə etdikləri bilik və bacarıqlarını, eləcə də göstərdikləri zəhmət və səyləri əks etdirən akvarel və quaş boya ilə çəkilmiş 18 rəsm sərgilənib. Sonda bütün iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunub.
