Xəbərlər
Qasım bəy hamamı
İçərişəhərdə Yeni il kitab sehrilə qarşılandı
02.01.2026
İçərişəhərdə Yeni il coşqusu bu dəfə kitabların nağılvari aləmi ilə qovuşdu. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və “3 Alma” nəşriyyatının dəstəyi ilə Bakı Fotoqrafiya Evində uşaqlar üçün həm bayram əhval-ruhiyyəsi, həm də ədəbiyyat sevinci ilə yadda qalan görüş keçirildi. 📚 Tədbir çərçivəsində yazıçı Mürşüd İsmayılzadənin “Əjdaha qardaşlığı. Şirvanşahlar xəzinəsi” adlı əsərindən bədii oxunuş balaca qonaqları sehrli və macəralarla dolu bir dünyaya apardı, onların xəyal gücünü qanadlandırdı. Oxunuşdan sonra təşkil olunan viktorinada fəallığı ilə seçilən iştirakçılara bayram hədiyyəsi olaraq kitablar təqdim olundu.
