Xəbərlər
Bəylər məscidi və Qız Qalası
İçərişəhərdə Yeni Azərbaycan Partiyasının Asəf Zeynallı 20 ərazi partiya təşkilatının təşkilatçılığı ilə elmi-praktiki seminar keçirilib.
30.10.2026
Tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açılış nitqi ilə çıxış ediblər.
Seminar zamanı milli dövlətçilik ənənələrinin formalaşması və inkişafı, Azərbaycanın siyasi tarixində baş verən mühüm hadisələr, ölkənin beynəlxalq müstəvidə mövqeyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və dövlət suverenliyinin təmin olunması istiqamətində görülən işlər barədə fikirlər səsləndirilib.
