“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhərdə növbəti kvest

17.02.2026

İçərişəhərdə növbəti kvest

Macəra, həyəcan və birlik ruhu yenidən tarixi küçələrdə .

ASAN Könüllüləri və “Qoru” Gənclər Təşəbbüs Qrupunun fəal könüllüləri İçərişəhərdə növbəti kvestdə bir araya gəldilər.

Tapşırıqları addım-addım yerinə yetirən iştirakçılar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun qədim məkanlarını kəşf edərək həm biliklərini artırıb, həm də çeviklik və komanda işində öz bacarıqlarını göstərdilər.

Kvest ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyinin təşəbbüsü ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilən “Çevik Gənclik Ayı” çərçivəsində baş tutub.

İçərişəhərdə növbəti kvest
İçərişəhərdə növbəti kvest
İçərişəhərdə növbəti kvest