“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

İçərişəhərdə beynəlxalq duet-sərginin açılışı keçirildi

13.04.2026

İçərişəhərdə beynəlxalq duet-sərginin açılışı keçirildi

“İçərişəhər” DTMQ İdarəsinin təşkilatçılığı ilə Tahir Salahovun ev-muzeyində #keramika ustası Mir Teymur Məmmədov və Moldovalı #rəssam Elvira Çemortan-Voloşinin əsərlərindən ibarət duet-sərginin açılışı baş tutdu. Açılışda İdarə heyətinin sədri Rüfət Mahmud və Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko çıxış edərək layihənin mədəni dialoq baxımından əhəmiyyətini vurğuladılar, fərqli #sənət istiqamətlərinin bir platformada birləşməsinin yaradıcı mühitə verdiyi töhfələrdən bəhs etdilər. Sərgi çərçivəsində rəssamlar 15 gün ərzində İçərişəhərin tarixi mühiti və memarlığından ilhamlanaraq 8 əsər ərsəyə gətiriblər. Bu əsərlərdə qədim şəhərin ruhu müəlliflərin fərdi üslubu ilə yenidən şərh olunur.