Xəbərlər
İçərişəhər və “Bir” ekosistemi arasında rəqəmsal transformasiya üzrə əməkdaşlıq memorandumu imzalanıb.
19.05.2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan #Bir arasında rəqəmsallaşdırma üzrə əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə əsasən, tərəflər Qoruq ərazisində ziyarətçilər üçün süni intellekt əsaslı rəqəmsal həllərin — ağıllı naviqasiya, çoxdilli bələdçi sistemləri, QR-kod əsaslı məlumatlandırma, AI çatbot və vahid mobil veb-saytın yaradılmasını birgə həyata keçirəcəklər.
Layihə çərçivəsində həmçinin rəqəmsal ödəniş və bankçılıq infrastrukturunun gücləndirilməsi, muzey və tədbir biletlərinin rəqəmsallaşdırılması, Vahid Ziyarətçi Mərkəzi və loyallıq proqramının tətbiqi nəzərdə tutulur.
İmzalanma mərasimində “#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Bir ekosisteminin rəhbəri Fərid Hüseynov bu əməkdaşlığın #tarixi #irs və rəqəmsal innovasiyanın vəhdəti baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Layihə Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (#WUF13) çərçivəsində təqdim olunacaq və Azərbaycanın “Ağıllı Qoruq” yanaşmasını beynəlxalq platformada nümayiş etdirəcək.
