Xəbərlər
İçərişəhər UNESCO Baş Assambleyasında təqdim olundu
12.04.2026
Meksikanın San-Fransisko de Kampeçe şəhərində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Meksika şəhərlərinin Baş Assambleyası çərçivəsində İçərişəhərin təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud videomüraciət vasitəsilə çıxış ediblər. Rüfət Mahmud İçərişəhərin tarixi və mədəni əhəmiyyətindən, tarixi şəhər mühitində yaşayışın idarə olunmasında qarşıya çıxan çağırışlardan danışıb. O, qədim şəhərin tarixi irsin qorunması ilə müasir şəhər həyatının inteqrasiyasını əks etdirən canlı bir nümunə olduğunu qeyd edib. Təqdimatlar zamanı şəhərin qədim və müasir simasını əks etdirən fotolar nümayiş olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
