Xəbərlər
Arxeoloji park
İçərişəhər rəhbərliyi ADA tələbələri ilə görüş keçirib
13.04.2026
“#İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi ilə ADA Universitetinin tələbələri arasında görüş keçirilib. Tədbir gənclərin İçərişəhərin tarixi-memarlıq irsinin qorunması və #bərpa’sına dair apardıqları tədqiqatlara dəstək məqsədi daşıyıb. Səmimi mühitdə təşkil olunan müzakirələr zamanı Qoruğun idarəetmə strukturu, şəhər mühitinin mühafizəsi və sakinlərin məişət məsələlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verilib, tələbələrin sualları cavablandırılıb. Bu dialoq gənclərin həm tarixi irsi, həm də müasir #idarəetmə təcrübəsini daha yaxından mənimsəmələrinə şərait yaradıb.
