Xəbərlər
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəhbərliyinin iştirakı ilə “#Divan”ın ilk iclası keçirilib.
27.02.2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəhbərliyinin iştirakı ilə “#Divan”ın ilk iclası keçirilib. İclas 2025-ci ilin yekunlarının təhlilinə və 2026-cı ilin Strateji Hədəflərinin müzakirəsinə həsr olunub. Yeni idarəetmə platforması kimi təsis edilən “Divan” rəhbər heyətin strateji məsələlər üzrə vahid mövqedən çıxış etməsi, prioritetlərin müəyyənləşdirilməsi və qərarların koordinasiyalı şəkildə formalaşdırılması məqsədini daşıyır. #Görüş çərçivəsində qarşıdakı ilin əsas prioritetləri, həyata keçirilən #layihə’lərin nəticələri və növbəti mərhələ üzrə strateji addımlar geniş şəkildə müzakirə olunub. #İçərişəhər’in zəngin irsini qoruyaraq onu müasir və dinamik mədəni məkana çevirmək istiqamətində atılan addımlar komandanın birgə səyi və məsuliyyətli yanaşması ilə davam etdiriləcək.
