Xəbərlər
Arxeoloji park
“İçərişəhər” Dövlət Qoruğunun Əsasnaməsində dəyişiklik edilib – FƏRMAN
09.07.2026
Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2026-cı il tarixində imzaladığı Fərmanla "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”yə dəyişiklik edilmişdir.
Dəyişikliyə əsasən, Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Diqqətinizə çatdırırıq ki, bu əməllərin törədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətləri yaradır.
