Xəbərlər
Heritage Walk in Icherisheher
12.01.2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə yenidən “Heritage Walk in Icherisheher” turu keçirilib. Tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (#WUF13) gedən yol xəritəsinin bir hissəsi kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində baş tutub. Tur tarixi şəhər mühitinin müasir şəhərsalma kontekstində rolunun dəyərləndirilməsi üçün praktik müzakirə platforması rolunu oynayıb. İştirakçılar #İçərişəhər’i yalnız mədəni irs nümunəsi kimi deyil, eyni zamanda #funksional, #davamlı və insanmərkəzli şəhər məkanı kimi təhlil etmək imkanı əldə ediblər. Şəhərsalma və memarlıq ixtisası üzrə təhsil alan tələbələr, eləcə də şəhərsalma, memarlıq və mədəni irs’in qorunması sahəsində maraq və təcrübəyə malik mütəxəssis və tədqiqatçılar iştirak ediblər. Marşrut boyunca İçərişəhərin memarlıq xüsusiyyətləri, şəhər toxumasının formalaşma mərhələləri və tarixi mühitin müasir şəhər ehtiyacları ilə uzlaşdırılması mövzularında müzakirələr aparılıb.
