“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Icon Media

Xəbərlər

Ceyhun Əli ilə “Nitq mədəniyyəti haqqında müzakirələr” baş tutub

05.06.2026

Ceyhun Əli ilə “Nitq mədəniyyəti haqqında müzakirələr” baş tutub

Bakı Fotoqrafiya Evində fərqli və olduqca maraqlı bir görüş baş tutdu. Tanınmış aparıcı, spiker və telejurnalist Ceyhun Əli ilə bir araya gələn iştirakçılar “Nitq mədəniyyəti haqqında müzakirələr” mövzusunda dəyərli fikir mübadiləsinin iştirakçısı olublar.

İnteraktiv formatda keçən tədbirdə nitqin xüsusiyyətləri, ictimai çıxışların və auditoriya ilə ünsiyyətin incəlikləri barədə maraqlı söhbətlər aparılıb. Auditoriyada əyləşən təlimçilər, pedaqoqlar və aparıcılar öz sualları və təcrübələri ilə müzakirəyə dinamika qataraq görüşü daha da zənginləşdiriblər.

Ceyhun Əli ilə “Nitq mədəniyyəti haqqında müzakirələr” baş tutub
Ceyhun Əli ilə “Nitq mədəniyyəti haqqında müzakirələr” baş tutub
Ceyhun Əli ilə “Nitq mədəniyyəti haqqında müzakirələr” baş tutub